Dünyada enerji keçidinin uğurla həyata keçirilməsi üçün iqtisadiyyatın elektrikləşdirilməsi həlledici əhəmiyyət daşıyır.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimi çərçivəsində keçirilən “Global Energy Landscape 2026” adlı sessiyadakı çıxışı zamanı deyib.
O bildirib ki, nəqliyyat, istilik təchizatı və digər sahələrdə elektrikləşdirmə prosesi sürətlənir: “Elektromobillərin və digər elektrik texnologiyalarının inkişafı enerji sektorunda ciddi dəyişikliklər yaradır. Yaşıl enerji keçidi yalnız bərpaolunan enerji mənbələrinin inkişafı ilə deyil, həm də elektrikdən istifadənin genişləndirilməsi ilə mümkündür.
“Elektrikləşdirmə olmadan dekarbonizasiya məqsədlərinə nail olmaq çətin olacaq”, - deyə nazir müavini qeyd edib.
Global Art