Türk Dövlətləri Təşkilatı qlobal arenada nüfuzunu və mövqeyini getdikcə daha da gücləndirir. Qardaşlıq münasibətləri və sıx əməkdaşlıq dövlət başçıları arasında aydın şəkildə özünü göstərir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Xoliknazarov Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşündə çıxışı zamanı söyləyib.
O bildirib ki, Bakı şəhərində Özbəkistan parkının, Daşkənddə isə Azərbaycan parkının salınması xalqlarımız arasında mövcud olan möhkəm mədəni-mənəvi bağların daha da gücləndirilməsinə xidmət edir.