Global Art
XəBəRLəR

Nyu-York 2042-ci il Qış Olimpiya Oyunlarına namizəd ola bilər

Nyu-York 2042-ci il Qış Olimpiya Oyunlarına namizəd ola bilər

ABŞ-nin Nyu-York ştatında Leyk-Plesid və Nyu-York şəhərləri birgə şəkildə 2042-ci il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edə bilər.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunun üçün xüsusi komitə yaradılıb. Bir il fəaliyyət göstərəcək komitə hüquqi, maliyyə və təşkilati məsələləri araşdıraraq hesabat hazırlayacaq.

Ştatın qubernatoru Keti Hokul bunun Nyu-York üçün böyük imkan olduğunu bildirib. Onun sözlərinə görə, 1932 və 1980-ci illərdə Qış Olimpiya Oyunlarına ev sahibliyi etmiş Leyk-Plesid bu sahədə zəngin təcrübəyə malikdir.

Qubernator qeyd edib ki, ştat son illərdə Leyk-Plesiddəki olimpiya obyektlərinin yenilənməsinə 750 milyon dollar sərmayə yatırıb.

Nyu-Yorkun rəsmi namizədliyi ilə bağlı yekun qərar araşdırmalar başa çatdıqdan və hesabat ştat rəhbərliyinə təqdim edildikdən sonra veriləcək.

Global Art

Daha çox