Küləkli hava şəraitinə baxmayaraq, ilk üçlükdə yer almaq məni çox sevindirir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda üçüncü olan “McLaren” komandasının pilotu Oskar Piastri deyib.
O, sıralanma turunda komandanın sürətini artırdığını bildirib: “Düşünürəm ki, sıralama turunda bir qədər sürət qazandıq. Bu, bu il ilk dəfə baş vermir. Məşq zamanı bir qədər geridə qalırıq, lakin sıralama turunda əlavə sürət yığmağı bacarırıq. Üçüncü sessiyanın ilk cəhdindən sonra “McLaren” pilotlarının ilk iki pillədə olması mənim üçün də təəccüblü idi. Təəssüf ki, Corc Rassel ilə mübarizədə geri qaldıq. Ümumilikdə həftəsonunun gedişindən razıyam”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.