Global Art
XəBəRLəR

PAŞA Holding “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir

PAŞA Holding “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir

PAŞA Holding “ABAD” tərəfindən icra edilmiş “Quba ABAD Factory İstehsalat Kompleksi" və "Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi" layihələrini dəstəkləməyə davam edir.

“ABAD” (Ailə Biznesinə Asan Dəstək) 2016-cı il 23 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Qurumun yaradılmasında məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.

PAŞA Holding-in dəstəyi ilə “ABAD” tərəfindən icra edilmiş ən iri layihələr “Quba ABAD Factory İstehsalat Kompleksi” və “Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi”dir.

2018-ci il oktyabrın 11-də açılışı baş tutan “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilib. Uzun illər istismar nəticəsində yararsız vəziyyətə düşmüş binada PAŞA Holding-in dəstəyi ilə əsaslı təmir-bərpa işləri həyata keçirilib və müasir avadanlıqlarla təchiz olunub.

Hazırda kompleks 5 istehsal sahəsi ilə “ABAD”çıların xidmətindədir:

- Meyvə qurutma

- Süd emalı məhsulları

- Ət emalı məhsulları

- Qənnadı məmulatları

- Meyvə və tərəvəzlərin emalı məhsulları

Bundan əlavə, “Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi” Azərbaycanın tarixi keramika ənənələrinin qorunması, ölkənin qeyri-maddi milli-mədəni irsi olan əl işi sənəti növlərinin yaşadılması, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılması məqsədilə fəaliyyət göstərir. Müəssisədə keramika sənətindən başqa xalçaçılıq və digər sənətkarlıq növləri üzrə təlimlər keçirilir. Mərkəz bir neçə beynəlxalq tədbirlərə, o cümlədən Beynəlxalq Keramika Simpoziumuna ev sahibliyi edib.

Qeyd edək ki, indiyədək “ABAD” vasitəsilə ümumilikdə 700-ə yaxın ailə təsərrüfatına dəstək göstərilib.

Daha çox