Global Art
XəBəRLəR

Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 kilometrə çatdırılıb

Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 kilometrə çatdırılıb

Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Kəsintisiz zolağın təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda paytaxt ərazisində velosiped yollarının uzunluğu 66,6 kilometrə çatdırılıb.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən mikromobillik zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması planlaşdırılır.

Mikromobillik infrastrukturunun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Belə ki, cari ilin iyun ayında velosiped və skuterlər 468 min 751 dəfə sifariş edilib. Mikromobillik vasitələrinin sifarişində bu, rekord göstərici hesab olunur. Ötən ay velosiped və skuterdən istifadəçi sayı 238 min 351 nəfər, qət edilən məsafə isə 1 milyon 9 min 172 kilometr təşkil edib.

Global Art

Daha çox