Portuqaliya Futbol Federasiyası Roberto Martinesin istefasından sonra milli komandanın baş məşqçisi postuna Jorje Jezuşu gətirmək qərarına gəlib. 71 yaşlı mütəxəssis yığmanı növbəti Avropa və dünya çempionatlarına hazırlayacaq.
Global Art Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "A Bola" nəşri xəbər yayıb.
Qeyd olunur ki, Portuqaliya millisi 1/8 final mərhələsində mübarizəni dayandırdığı DÇ-2026-dan qayıtdıqdan sonra Jezuşla rəsmi müqavilə imzalanacaq.
Global Art