Global Art
XəBəRLəR

Qarabağda aparılan yenidənqurma işləri beynəlxalq platformada diqqətə çatdırılıb

Qarabağda aparılan yenidənqurma işləri beynəlxalq platformada diqqətə çatdırılıb

Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində təşkilatın Siyasi məsələlər və xarici əlaqələr üzrə ixtisaslaşmış daimi komitəsinin 12-ci iclası keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, iclasa sədrlik edən Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında Azərbaycanın müsəlman ölkəsi olduğunu vurğulayaraq, Qarabağ məsələsində göstərilən daimi dəstəyə görə üzv dövlətlərə təşəkkür edib. O, doğma torpaqlarımızın işğaldan azad olunduğunu və hazırda Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını bildirib.

Deputat, həmçinin qeyd edib ki, Azərbaycan müsəlman dünyasındakı proseslərə hər zaman diqqət ayırır. O, İslam ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Gündəliyə əsasən, iclasda Fələstin üzrə Komitənin 14-cü iclasında qəbul edilmiş Fələstin işinə dair siyasi qətnamələr nəzərdən keçirilib. Eyni zamanda, Müsəlman icmaları və azlıqları üzrə komitənin beşinci iclasının hesabatına və qətnamələrinə baxılıb, Sahel bölgəsində təhlükəsizlik vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Global Art

Daha çox