Global Art
XəBəRLəR

QHT-lərə Dövlət Dəstəyi İnformasiya Sisteminin Əsasnaməsi yaxın günlərdə təsdiqlənəcək

QHT-lərə Dövlət Dəstəyi İnformasiya Sisteminin Əsasnaməsi yaxın günlərdə təsdiqlənəcək

Prezident İlham Əliyev tərəfindən rəqəmsal texnologiyaların genişləndirilməsi ilə bağlı verilən tapşırıqlar artıq dövlət xidmətlərinin keyfiyyətcə yeni bir mərhələyə keçidini təmin edib. Məhz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu strateji yanaşmanı rəhbər tutaraq son üç il ərzində fəaliyyətini tam rəqəmsal texnologiyalar əsasında yenidən formalaşdırıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Fatimə Bayramlı "QHT sektorunda rəqəmsallaşma və innovasiyalar" mövzusunda keçirilən tematik sessiyada çıxışı zamanı səsləndirib.

O bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi də daxil olmaqla, 16 dövlət qurumu tərəfindən qeyri-hökumət təşkilatlarının bütün növ maliyyələşməsi "bir pəncərə" prinsipi əsasında həyata keçiriləcək. Məhz müvafiq Fərmandan irəli gələrək də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi İnformasiya Sisteminin yaradılması tapşırığı verilib. Hazırda yaradılacaq sistemin Əsasnaməsi üzərində işlər davam etdirilir və yaxın günlərdə bu Əsasnamənin təsdiq edilməsi gözlənilir.

Yeni yaradılacaq sistemin digər dövlət informasiya ehtiyatları və sistemlərinə inteqrasiya məsələsi də mühüm bir məsələdir və beləliklə də qeyri-hökumət təşkilatları ilə dövlət qurumları arasındakı məlumat mübadiləsi tam olaraq avtomatlaşdırılacaq.

Bu da müvafiq sahə üzrə artıq kağız sənəd dövriyyəsinin sona çatması deməkdir.

Daha çox