Global Art
XəBəRLəR

Ramil İskəndərli: Ölkəmizdə rəqəmsal hökumətin inkişafı istiqamətində mühüm addımlar atılıb

Ramil İskəndərli: Ölkəmizdə rəqəmsal hökumətin inkişafı istiqamətində mühüm addımlar atılıb

Son illərdə ölkəmizdə rəqəmsal hökumətin inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu istiqamətdə imzalanan fərmanda Elektron Hökumət İnformasiya Sisteminin təkmilləşdirilməsi, eləcə də bu sistem çərçivəsində elektron iştirakçılıq altsisteminin yaradılması nəzərdə tutulur.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli "QHT sektorunda rəqəmsallaşma və innovasiyalar" mövzusunda keçirilən tematik sessiyada söyləyib.

O bildirib ki, qeyri-hökumət təşkilatlarının dövlət büdcəsindən maliyyələşdirilməsi prosesinin daha səmərəli təşkili məqsədilə "bir pəncərə" prinsipi əsasında vahid platformanın yaradılması da nəzərdə tutulub.

R. İskəndərli əlavə edib ki, rəqəmsallaşma düşüncə tərzinin də inkişafı deməkdir.

Daha çox