Global Art
XəBəRLəR

“Red Bull” pilotu: İlk rəsmi podiumumu qazandığım üçün çox şadam

“Red Bull” pilotu: İlk rəsmi podiumumu qazandığım üçün çox şadam

Çox xoşbəxtəm. Zədələnəndən bəri 6 uzun həftə keçmişdi. Qayıtmaq üçün doğru zaman idi. Bu həftəsonu addım-addım irəliləməli idim, çünki bura tez-tez səhvlər edə biləcəyin bir trasdır. İnamımı bərpa etmək üçün tələsmədim və bu taktika işə yaradı. Çempionatda ilk rəsmi podiumumu qazandığım üçün çox şadam.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisində üçüncü olan “Red Bull”un pilotu İsak Hacar deyib.

O, bütün yarış boyunca biləyində narahatlıq hiss etdiyini vurğulayıb: “Bir az keyimə hissi olsa da, ciddi deyil. Qarşıda sıx yarış qrafiki var, buna görə də növbəti yarışları səbirsizliklə gözləyirəm”.

Daha çox