Global Art
XəBəRLəR

Rizvan Nəbiyev: Müsəlman ölkələri arasında həmrəylik praktiki əməkdaşlıq mexanizminə çevrilir

Rizvan Nəbiyev: Müsəlman ölkələri arasında həmrəylik praktiki əməkdaşlıq mexanizminə çevrilir

İslam həmrəyliyinin möhkəmləndirilməsi, parlament diplomatiyasının inkişafı və müsəlman ölkələri arasında əməkdaşlığın genişləndirilməsi əhəmiyyətlidir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində keçirilən Asiya Qrupunun məsləhətləşmə görüşündə Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

O qeyd edib ki, artan geosiyasi gərginliklər, humanitar böhranlar və islamofobiyanın genişlənməsi fonunda müsəlman ölkələri arasında həmrəylik artıq prinsiplə yanaşı, praktiki əməkdaşlıq mexanizminə çevrilir.

“Azərbaycanın zəngin İslam irsinin qorunması və bərpası istiqamətində həyata keçirdiyi fəaliyyət xüsusi diqqətəlayiqdir. İşğaldan azad edilmiş ərazilərdə məscidlər və dini-mədəni abidələrin bərpası ölkəmizin İslam sivilizasiyasının qorunmasına verdiyi mühüm töhfə kimi qiymətləndirilməlidir. Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başladılan Bakı Prosesi beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun mühüm platformasıdır”, - deyə deputat vurğulayıb.

Rizvan Nəbiyev parlament diplomatiyasının roluna da toxunaraq bildirib ki, qanunverici orqanlar dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqində, çoxtərəfli əməkdaşlığın gücləndirilməsində və ümumi çağırışlara qarşı birgə fəaliyyətin təşkilində mühüm rol oynayırlar.

 Global Art

Daha çox