Global Art
XəBəRLəR

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

Rusiya Azərbaycan ilə ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə ardıcıl inkişafın tərəfdarıdır və mədəni-humanitar sahədə tammiqyaslı əməkdaşlığın yenidən bərpasını zəruri hesab edir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF-2026) çərçivəsində keçirilən brifinqdə bildirib.

“Moskva ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə ardıcıl inkişafın tərəfdarıdır. Bu, hər iki xalqın maraqlarına uyğundur. Yaranmış fasilədən sonra mədəni-humanitar sahədə tammiqyaslı əməkdaşlığın yaxın vaxtlarda yenidən bərpasını zəruri hesab edirik”, – deyə Rusiya XİN nümayəndəsi bildirib.

Mariya Zaxarovanın sözlərinə görə, bir sıra təşəbbüslər mövcuddur və onlar ən yüksək səviyyədə müzakirə olunub.

Global Art

Daha çox