Global Art
XəBəRLəR

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

Cənubi Qafqazın üç ölkəsi bir-birini gücləndirəcək yolları, rəqabətqabiliyyətli sahələri və klasterləri müəyyənləşdirməlidir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş xarici işlər və müdafiə naziri Gela Bezhuaşvili CAMCA Regional Forumunda çıxışı zamanı deyib.

“Başlanğıc üçün üstünlüklərimizi, bir-birimizi gücləndirə biləcəyimiz güclü tərəflərimizi müəyyən edəcək bir işçi qrupu yaratmalıyıq. Bu işçi qrupu yalnız hökumətdən ibarət olmamalıdır. Mən dövlət-özəl tərəfdaşlığına inanıram. Bunun mexanizminə gəlincə, indiki geopolitik şəraitdə Azərbaycanın bu prosesə rəhbərlik etməyə hazır olduğunu düşünürəm. Bu işçi qrupu aparıcı beynəlxalq konsaltinq institutları tərəfindən idarə olunmalıdır”, - deyə Gela Bezhuaşvili vurğulayıb.

Daha çox