Global Art
XəBəRLəR

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

Bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ-nin “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti Rami Yassine ilə görüşüb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı “Halliburton” şirkətinin uzun illər ərzində Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib. SOCAR ilə “Halliburton” arasında mövcud əlaqələrdən məmnunluq ifadə olunub, Azərbaycanda və digər ölkələrdə SOCAR tərəfindən həyata keçirilən layihələr üzrə tərəfdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Qonağa SOCAR tərəfindən rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqi istiqamətində görülən işlər barədə məlumat verilib. Bu xüsusda, Karbamid zavodunun Dünya İqtisadi Forumunun “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul olunması məmnunluqla vurğulanıb.

Tərəflər neft-qaz yataqlarının işlənməsi, hasilatın səmərəliliyinin artırılması, rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi istiqamətlərində mümkün əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Daha çox