Global Art
XəBəRLəR

SOCAR-ın vitse-prezidenti: Bakı Yay Enerji Məktəbi əvəzsiz bir platformadır

SOCAR-ın vitse-prezidenti: Bakı Yay Enerji Məktəbi əvəzsiz bir platformadır

İyirmi il ərzində dünyada geosiyasi, makroiqtisadi, texnoloji və enerji sahələrində bir-biri ilə sıx əlaqəli çoxsaylı dəyişikliklər baş verib. Enerji sektoru da bu proseslərin mərkəzində yer alır. Təbii ki, SOCAR da bu qlobal dəyişikliklərdən təsirlənir, onları diqqətlə izləyir və yeni çağırışlara çevik şəkildə uyğunlaşır.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, şirkət bu məqsədə öz strategiyasını müasir tələblərə uyğunlaşdırmaq, innovasiyaları tətbiq etmək və dayanıqlı inkişaf prinsiplərini fəaliyyətinin əsas istiqaməti kimi qəbul etməklə nail olur. “SOCAR öz fəaliyyətində Prezident İlham Əliyevin müəyyən etdiyi dayanıqlı inkişaf strategiyasını, sənaye siyasətini və ölkənin iqtisadi inkişaf prioritetlərini rəhbər tutur. Şirkət üzərinə düşən böyük məsuliyyəti dərk edərək bu strateji hədəflərin həyata keçirilməsinə mühüm töhfə verir”,- deyə SOCAR-ın vitse-prezidenti vurğulayıb.

Ziba Mustafayeva Bakı Yay Enerji Məktəbinin iştirakçılarının da bu unikal fürsətdən maksimum dərəcədə yararlanmalı olduğuna diqqət çəkib: “Proqram yalnız yeni biliklər əldə etmək üçün deyil, həm də beynəlxalq mühitdə fərqli baxışlarla tanış olmaq, fikir və təcrübə mübadiləsi aparmaq, peşəkar əlaqələr qurmaq və gələcək əməkdaşlıqların təməlini qoymaq üçün əvəzsiz bir platformadır. Burada əldə edəcəyiniz biliklər və quracağınız əlaqələr yalnız gələcək karyeranıza deyil, həm də cəmiyyət üçün dəyər yaratmaq bacarığınıza töhfə verəcək”.

Global Art

Daha çox