Bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri Peter Siyarto ilə görüşüb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə SOCAR-ın yaşıl enerji gündəliyi, o cümlədən tərəfdaşlarla birgə həyata keçirilən bərpaolunan enerji layihələri barədə məlumat verilib.
Söhbət zamanı bərpaolunan enerji texnologiyalarının sənaye proseslərinə inteqrasiyası, müasir texnoloji həllərin tətbiqi sahəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.