Global Art
XəBəRLəR

İspaniyalı Formula 1 pilotu “Williams” komandası ilə yeni müqavilə imzalayıb

İspaniyalı Formula 1 pilotu “Williams” komandası ilə yeni müqavilə imzalayıb

Formula 1 üzrə dünya çempionatında çıxış edən “Uilyams” komandası ispaniyalı pilot Karlos Saynsla yeni müqavilə imzalayıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sözləşmənin müddəti açıqlanmasa da, tərəflər arasında çoxillik razılaşmanın əldə olunduğu bildirilib.

Sayns komandanın inkişafına inandığını və “Uilyams”ı yenidən layiq olduğu mövqeyə qaytarmaq üçün əlindən gələni edəcəyini söyləyib.

Qeyd edək ki, “Uilyams” daha əvvəl Saynsın komanda yoldaşı Aleks Albonla da müqaviləni yeniləyib.

Daha çox