Niderland üçün Azərbaycan regionda önəmli tərəfdaşdır. Biz əməkdaşlığı gücləndirmək istəyirik.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Niderland Krallığının xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.
Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə danışan Tom Berendsen bildirib ki, Niderland hər iki xalq arasında etimadın gücləndirilməsini dəstəkləyir.
“Sülhün əldə olunması regionda əlaqələrin möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə töhfə verəcək”, - deyə nazir əlavə edib.