Global Art
XəBəRLəR

Trans-Xəzər fiber-optik rabitə xəttinin tikintisinin əsas mərhələsi başa çatıb

Trans-Xəzər fiber-optik rabitə xəttinin tikintisinin əsas mərhələsi başa çatıb

Qazaxıstanda telekommunikasiya sahəsində ən iri infrastruktur layihələrindən birinin - Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər sualtı fiber-optik rabitə xəttinin dəniz hissəsinin tikintisi başa çatıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sualtı kabel Qazaxıstan sahilinə uğurla çatdırılıb. Bununla da “Qazaxtelekom” SC və “AzerTelecom International” şirkətinin həyata keçirdiyi layihənin ən mürəkkəb hissəsi tamamlanıb.

Aktau–Sumqayıt marşrutu Qazaxıstanın və Azərbaycanın rəqəmsal infrastrukturunu birləşdirəcək, Asiya ilə Avropa arasında məlumatların yüksək sürətlə birbaşa ötürülməsini təmin edən dəhlizə çevriləcək. Layihə beynəlxalq rabitənin etibarlılığını artıracaq və iki ölkənin tranzit potensialını gücləndirəcək.

Daha çox