Global Art
XəBəRLəR

“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfrans

“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfrans

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə çıxışın edən BDU-nun rektoru Elçin Babayev Birinci Türkoloji Qurultayın 100 illiyinin silsilə tədbirlərlə geniş qeyd olunduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, bu, Azərbaycan dövlətinin milli-mədəni irsə və türkologiya elminin inkişafına verdiyi yüksək dəyərin bariz ifadəsidir.

Rektor deyib: “Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci ili 22 oktyabr tarixli Sərəncamı bu möhtəşəm elmi hadisənin yalnız tarixi əhəmiyyətini deyil, həm də müasir dövrdə Türk dünyasının inteqrasiyası baxımından daşıdığı strateji mahiyyəti, gələcəyin inkişaf strategiyasını müəyyənləşdirən elmi-mədəni irs olduğunu bir daha təsdiq edir. Bu baxımdan iyunun 29-dan iyulun 3-dək türk Bakıda və Qarabağda keçirilən “Türk Dünyası Həftəsi” xüsusi tarixi məna daşıyır. Həftə çərçivəsində keçirilən elmi və mədəni-kütləvi proqramlar türk xalqlarının tarixi, mədəniyyəti və ənənələrinin qorunmasına, eləcə də gələcək əməkdaşlığın yeni istiqamətlərinin müəyyən olunmasına xidmət edir. Bu təşəbbüs yüz il əvvəl Bakıda əsası qoyulmuş elmi həmrəyliyin müasir dövrdə yeni məzmun qazanaraq davam etdirildiyini göstərir. Təsadüfi deyil ki, 2026-cı il mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışı zamanı Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”nin xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcəyini xüsusi vurğulayıb”.

Global Art

Daha çox