İyunun 23-də Türkiyə Böyük Millət Məclisinin sədri professor Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycana rəsmi səfəri çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Baş katib Ramil Həsən TÜRKPA-nın qurucu dövlətlərdən biri olan Türkiyə Cümhuriyyətinin Parlament sədrinin TÜRKPA Beynəlxalq Katibliyini ziyarət etməsinə xüsusi əhəmiyyət verdiklərini diqqətə çatdırıb.
Ramil Həsən Parlament sədrinə təşkilatın son dövrdə həyata keçirdiyi fəaliyyət istiqamətləri və görülmüş işlər, həmçinin nəzərdə tutulan layihələr və atılacaq addımlar barədə ətraflı məlumat verib.
Türkiyə Parlamentinin sədri TÜRKPA-nın son dövrdəki fəaliyyətini yüksək qiymətləndirərək, gələcək fəaliyyəti dövründə də təşkilata Türkiyə tərəfindən hərtərəfli dəstəyin davam etdiriləcəyini vurğulayıb və TÜRKPA-ya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Global Art