Global Art
XəBəRLəR

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Oktyabrın 5-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Jogorku Keneşin sədri Marlen Mamataliyev ilə görüşüb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı oktyabrın 19-20-də Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək TÜRKPA-nın 15-ci Plenar İclası ilə bağlı fikir mübadiləsi aparılıb, tədbirin hazırlıq prosesi ilə əlaqədar müxtəlif məsələlər müzakirə edilib. TÜRKPA Baş katibi tərəfindən ötən bir il ərzində Beynəlxalq Katiblik tərəfindən görülmüş işlər, Plenar İclasa hazırlıq vəziyyəti, üzv ölkələrin parlament sədrlərinin, eləcə də əməkdaşlıq təşkilatlarının rəhbərlərinin tədbirdə iştirakı ilə bağlı məlumat verilib. Həmçinin protokol, təşkilati və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Marlen Mamataliyev TÜRKPA-nın fəaliyyətinə yüksək qiymət verdiklərini və Beynəlxalq Katibliyin fəaliyyətini tam dəstəklədiklərini bildirib. O, ev sahibi ölkə qismində Qırğız Respublikasının Xarici İşlər Nazirliyi ilə birgə Plenar İclasın və Assambleya Şurasının iclasının keçirilməsi ilə bağlı zəruri hazırlıq işlərinin ən yüksək səviyyədə həyata keçirildiyini qeyd edib və bu istiqamətdə Beynəlxalq Katibliklə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Mamataliyev bundan sonra da Jogorku Keneşin TÜRKPA-nın fəaliyyətinə hərtərəfli dəstəyini davam etdirəcəyini vurğulayıb. O, qanunverici orqanlar arasında münasibətlərin inkişafının xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, qardaş ölkələrin parlamentləri arasında qanunvericilik sahəsində təcrübə mübadiləsinin və oxşar qanunvericilik təşəbbüslərinin təşviqinin vacibliyini vurğulayıb. Bu baxımdan TÜRKPA-nın daimi komissiyalarının qəbul etdiyi mühüm qərarların parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Daha çox