Global Art
XəBəRLəR

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “Qış səyahəti” – Şubert-Müller-Baçinski adlı musiqili gecə keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Avropanın bir sıra şəhərlərində, o cümlədən Berlin Filarmoniyası Orkestri və Varşava Orkestri tərəfindən təqdim olunan proqram Almaniya və Polşanın birgə həyata keçirdiyi mühüm layihələrdəndir.

Layihə Şubert və Müllerin XIX əsrdə yaratdığı “Qış səyahəti”nin tənhalıq və sərgərdanlıq ruhu ilə arzuları müharibə alovunda puç olan Baçinskinin faciəvi taleyi arasında körpü yaradıb. Musiqi ifası müasir işıqlandırma və video-installyasiya ilə müşayiət olunub. Proqramda Frans Şubertin “Qış səyahəti”, Op. 89 silsiləsindən 24 mahnı iki hissədə təqdim edilib.

Əsərlər vokalçı Lukas Koneçnının, piano müşayiəti Nikolaus Reksro, video sənət isə Pyotr Opavskinin təqdimatında göstərilib.

Daha çox