Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov vətəndaşlarla növbəti görüşünü keçirib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, aidiyyəti rəhbər şəxslərin iştirakı ilə keçirilən görüşdə daxili bazarda rəqabət qanunvericiliyinin tələblərinə əməl edilməsi, eləcə də akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə müraciət və təkliflər dinlənilib. Qaldırılan məsələlərin operativ və qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli məqsədilə agentliyin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə agentliyin rəhbər vəzifəli şəxslərinin görüş qrafiki rəsmi internet səhifəsində yerləşdirilib. Görüş qrafiki ilə tanış olmaq və yazılmaq üçün müvafiq keçiddən istifadə edə bilərsiniz.