Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində kiprli həmkarı Konstantinos Kombos ilə görüşüb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tərəflər siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar, həmçinin Azərbaycan-Aİ əməkdaşlıq gündəliyi, regional proseslər, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi istiqamətindəki səylər ətrafında fikir mübadiləsi aparıblar.