Global Art
XəBəRLəR

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanış olublar.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, iclas iştirakçılarına “Fruit Valley” MMC-nin və “Yard Agro” MMC-nin həyata keçirdikləri layihələr barədə məlumat verilib. Bildirilib ki, burada istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlarda satışı nəzərdə tutulub.

Global Art

Daha çox