Global Art
XəBəRLəR

“Yay Fest 2026” çərçivəsində Şuşa fləş-mobu təşkil olunub

“Yay Fest 2026” çərçivəsində Şuşa fləş-mobu təşkil olunub

Gənclər Fondunun dəstəyi ilə keçirilən “Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi çərçivəsində “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycanın ən gözəl guşələrindən olan Şuşaya həsr edilmiş fləş-mob keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, fləş-mobun təşkil olunmasında əsas məqsəd keçmişin zəngin irsini gələcəyə daşımaq, gənclərdə tarixi və mədəni irsə bağlılıq hissini gücləndirmək, milli kimlik şüurunu təşviq etmək, həmçinin keçmişdən gələcəyə uzanan inkişaf baxışını formalaşdırmaq olub.

Düşərgə iştirakçılarının fəal iştirakı ilə ərsəyə gələn fləş-mob birlik, həmrəylik və ortaq dəyərlərin təcəssümü kimi diqqət çəkib. Hazırlanan kompozisiya Şuşanın Azərbaycanın tarixi yaddaşındakı və mədəni irsindəki müstəsna yerini, eyni zamanda, gələcəyə inam və inkişaf ideyasını simvolik şəkildə ifadə edib.

Qeyd edək ki, “Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi gənclərin şəhərsalma, memarlıq, innovasiya, süni intellekt və dayanıqlı inkişaf sahələrində bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Daha çox