Dünya və Avropa çempionu, “Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan Fransa milli komandasının baş məşqçisi təyin edilib.
Global Art Fortunamag.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının (FFF) Mətbuat xidməti məlumat yayıb.
Zidan Fransa millisinin baş məşqçisi vəzifəsinin icrasına avqustun 1-dən başlayacaq. Onunla 4 illik müqavilə imzalanıb.
Xatırladaq ki, son 14 ildə Fransa seçməsini Didye Deşam çalışdırıb.
Global Art