Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli ordu quruculuğu siyasəti Azərbaycan Ordusunun inkişafının təməlini təşkil etdi. Bu siyasət nəticəsində peşəkar hərbi məktəblər formalaşdı, vahid komandanlıq sistemi yaradıldı və ordunun döyüş hazırlığı gücləndirildi. Sonrakı illərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir silah və texnika ilə təchiz olundu, peşəkarlığı və döyüş qabiliyyəti daha da artırıldı. Tarixi Zəfər bu inkişafın ən parlaq nəticəsi oldu. 26 iyun regionun ən güclü ordularından biri - Azərbaycan Ordusunun yaranması günüdür.
Global Art