Global Art
XəBəRLəR

Alsu: Bakı mənim həyatımda xüsusi yer tutur

Alsu: Bakı mənim həyatımda xüsusi yer tutur

Rusiyanın Əməkdar artisti, müğənni Alsu etiraf edib ki, Bakıda olarkən pəhriz saxlamaqda çətinlik çəkir, Azərbaycan mətbəxi isə onun ən sevdiyi yeməklərdən biri olaraq qalır.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ifaçı “Sea Breeze”də keçirilən “DREAM FEST” beynəlxalq musiqi festivalının qırmızı xalçasında jurnalistlərə bildirib.

“Dünəndən bəri demək olar ki, daim yemək yeyirəm, çünki Bakıda pəhriz saxlamaq mümkün deyil. Qutab, lülə kababı sevirəm. Ümumiyyətlə, bütün bu yeməklər əsl cənnətdir. Azərbaycan mətbəxini çox sevirəm”, - deyə Alsu vurğulayıb.

Müğənni, həmçinin gecə yarısı “Kəpənək” adlı yeni mahnısının premyerasının olacağını da açıqlayıb.

“Bu anı çox gözləyirəm. Mənə elə gəlir ki, bu mahnı dinləyicilər tərəfindən mütləq seviləcək. O, çox pozitivdir, çox yay əhvali-ruhiyyəlidir və bugünkü ab-havaya tam uyğundur”, - deyə müğənni qeyd edib.

Alsu vurğulayıb ki, Bakı onun həyatında xüsusi yer tutur.

“Bakı mənim üçün yad şəhər deyil. O, mənim həyatımda olub, var və olacaq. Mən Bakıya pərəstiş edirəm, Azərbaycan xalqını çox sevirəm. Burada məni həmişə çox yaxşı qarşılayan çox istiqanlı, diqqətli tamaşaçılarım var. Burada çıxış etmək mənim üçün böyük xoşbəxtlikdir”, - deyə müğənni əlavə edib.

Global Art

Daha çox