Global Art
XəBəRLəR

Anaklaudia Rossbax: Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik

Anaklaudia Rossbax: Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyasından (WUF13) sonra Azərbaycanla uzunmüddətli əməkdaşlığımız formalaşıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri UN-Habitatın icraçı direktoru Anaklaudiya Rossbax deyib.

Onun sözlərinə görə, əməkdaşlığın əsasını təcrübə, ekspertiza və bilik mübadiləsi təşkil edir.

“WUF13-ün uğuruna əsaslanaraq, məqsədimiz Azərbaycanda həyata keçirilən layihələrin beynəlxalq bilik, təcrübə və ekspertizadan faydalanmasını təmin etməkdir. Eyni zamanda, Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri də öyrənmək istəyirik. Bu, qarşılıqlı əməkdaşlıqdır. Biz, eyni zamanda həm həyata keçirir, həm öyrənir, həm də təcrübəmizi bölüşürük”,- deyə UN-Habitatın icraçı direktoru bildirib.

O deyib ki, Azərbaycanın həm COP29-a, həm də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsi daha geniş əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.

“Hazırda dünyanın müxtəlif ölkələrində tətbiq olunan uğurlu təcrübələrin toplanaraq hökumətlərarası müzakirə prosesinə daxil edilməsi imkanlarını müzakirə edirik. Məsələn, Azərbaycan Mənzil Məsələləri üzrə Açıq Tərkibli İşçi Qrupuna həmsədrlik edir. Bu, mühüm tövsiyələrin hazırlanacağı, eyni zamanda, müxtəlif ölkələrin təcrübələrinin bir araya gətiriləcəyi vacib prosesdir. Məqsəd həmin təcrübələri qlobal mənzil böhranının həlli üçün üzv dövlətlərin, ölkələrin və şəhərlərin istifadəsinə təqdim olunan ümumi faydaya çevirməkdir”, - deyə A.Rossbax vurğulayıb.

Global Art

Daha çox