Global Art
XəBəRLəR

Dünyada milyarderlərin sayı rekord həddə çatıb

Dünyada milyarderlərin sayı rekord həddə çatıb

2025-ci ilin yekunlarına əsasən, dünyada milyarderlərin sayı rekord həddə çataraq 3 795 nəfər olub.

Global Art Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Altrata" analitik şirkətinin hesabatında məlumat verilib.

Hesabata görə, ötən il milyarderlər klubuna 287 nəfər qoşulub. Son 10 il ərzində isə dünyada milyarderlərin sayı 60%-ə yaxın artıb.

Bununla yanaşı, milyarderlərin ümumi sərvəti də rekord həddə çatıb. Belə ki, 2025-ci ildə onların ümumi sərvəti 15.1 trilyon dollar təşkil edib. Bu, 2024-cü illə müqayisədə 12.8% çoxdur.

Hazırda bir milyarderin orta sərvəti 4 milyard dollar təşkil edir.

Daha çox