Global Art
XəBəRLəR

"Apple" yenidən dünyanın ən bahalı şirkəti oldu

"Apple" yenidən dünyanın ən bahalı şirkəti oldu

"Apple" şirkəti bazar kapitallaşmasına görə yenidən dünyanın ən bahalı şirkəti adını geri qaytarıb.

Global Art Baku.ws-a istinadən xəbər verir ki, "Business Insider"a istinadən xəbər verir ki, iyulun 27-də keçirilən hərracların yekununda şirkətin bazar dəyəri təxminən 5 trilyon dollara çatıb. Ticarət sessiyası ərzində "Apple"ın səhmləri 2 faiz bahalaşıb.

Son vaxtlar lider mövqedə olan "Nvidia" isə dəyər itirib. Şirkətin səhmləri 5 faiz ucuzlaşıb və bazar kapitallaşması 4,77 trilyon dollara enib.

Məlumata əsasən, investorlar Çinin "Moonshot AI" startapının yeni süni intellekt modelini təqdim etməsindən sonra "Nvidia" səhmlərini satmağa başlayıblar. Bazarda 2025-ci ildə "DeepSeek" şirkətinin təqdim etdiyi ucuz süni intellekt modelindən sonra yaşanan kəskin enişin təkrarlana biləcəyi ilə bağlı narahatlıqlar yaranıb.

Bundan başqa, "Nvidia"nın "OpenAI" ilə 250 milyard dollarlıq məlumat emalı mərkəzinin maliyyələşdirilməsi istiqamətində danışıqlar aparması barədə xəbərlər də investorların ehtiyatlı davranmasına səbəb olub.

Ekspertlər hesab edirlər ki, son günlər investorlar süni intellekt sektorundakı şirkətlərdən vəsaitlərini çıxararaq digər texnologiya şirkətlərinə yönəldirlər. Bu tendensiya da "Apple"ın səhmlərinin bahalaşmasına təsir göstərib.

Şirkətin dəyərinin artmasına səbəb olan amillərdən biri də "Apple Upgrade" adlı yeni cihaz lizinq proqramı ilə bağlı xəbərlər olub. İyulun 28-də istifadəyə verilməsi planlaşdırılan proqram çərçivəsində istifadəçilər "iPhone", "Mac", "iPad" və "Apple Watch" modellərinin böyük hissəsini xüsusi şərtlərlə əldə edə biləcəklər.

Global Art

Daha çox