Global Art
XəBəRLəR

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda yarımfinalda Serbiya seçməsi ilə qarşılaşıb.

"Tipos Arena"da oynanılan görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (3:1) oynayan Azərbaycan millisi adını finala yazdırıb.

Qeyd edək ki, iyunun 4-də keçiriləcək final matçında rəqib Ukrayna yığması olacaq.

Global Art

Daha çox