Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Kosovonun Priştina şəhərində keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində üç gümüş medal qazanıb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, 85 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 122 kiloqram, təkanla qaldırmada isə 150 kiloqram nəticə göstərərək hər iki hərəkətdə gümüş medal əldə edib.
O, toplamda 272 kiloqram nəticə ilə də fəxri kürsünün ikinci pilləsində yer alıb.
Beləliklə, Azərbaycan yığması Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc olmaqla, ümumilikdə 15 medalla başa vurub.