Global Art
XəBəRLəR

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Texniki Əməkdaşlıq Komitəsinin 76-cı sessiyasında təmsil olunub

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Texniki Əməkdaşlıq Komitəsinin 76-cı sessiyasında təmsil olunub

Azərbaycan Londonda Beynəlxalq Dəniz Təşkilatının (BDT) mənzil-qərargahında keçirilən Texniki Əməkdaşlıq Komitəsinin 76-cı sessiyasında təmsil olunub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Dövlət Dəniz və Liman Agentliyinin Beynəlxalq əlaqələr departamentinin direktoru Ramil Qasımov və İnsan resursları departamentinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərmin Nəbiyeva iştirak ediblər.

Sessiyada BDT-nin Baş katibi Arsenio Dominguez və üzv dövlətlərin nümayəndələri Azov dənizində həlak olan azərbaycanlı dənizçilərin ailələrinə və yaxınlarına başsağlığı veriblər. Dənizçilərin bu və ya digər şəkildə hədəfə alınmaması ilə bağlı çağırış edilib, onların dünya ticarətinin təmin olunmasındakı mühüm rolundan danışılıb.

Müzakirələr zamanı texniki əməkdaşlıq fəaliyyətinin nəticələri nəzərdən keçirilib və növbəti illər üzrə prioritet istiqamətlərin müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Üzv dövlətlərdə kadr potensialının gücləndirilməsi, rəqəmsal transformasiya, dənizçilərin peşə hazırlığı, gəmi göyərtəsində təlim proqramları, axtarış-xilasetmə sistemlərinin təkmilləşdirilməsi və texniki yardım mexanizmlərinin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.

Sessiyada BDT-nin Texniki Əməkdaşlıq Portalının inkişafı, audit nəticələrinə əsaslanan texniki yardım fəaliyyətlərinin genişləndirilməsi və üzv dövlətlər üçün məqsədyönlü dəstəyin gücləndirilməsi ilə bağlı qərarlar qəbul olunub.

Global Art

Daha çox