Azərbaycan Diaspor Gəncləri (ADG) avqustun 12-14-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək Beynəlxalq Gənclər Assambleyasında iştirak etmək hüququ qazanıb. Assambleyada ADG-nin 5 gənc üzvü ölkəmizi təmsil edəcək.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, avqustun 12-də – Beynəlxalq Gənclər Günündə başlayacaq Assambleya dünyanın 100-dən çox ölkəsindən 500-dən artıq gənc lideri bir araya gətirəcək.
Tədbirdə iştirakçılar arasında bilik və təcrübə mübadiləsinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində dialoq və tərəfdaşlıqların gücləndirilməsi, həmçinin qlobal çağırışların həllinə yönəlmiş innovativ təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur.
Global Art