Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.
O vurğulayıb ki, iclas çərçivəsində çoxsaylı beynəlxalq səviyyəli tədbirlərin, həmçinin ikitərəfli görüşlərin keçirilməsi gözlənilir.