Global Art
XəBəRLəR

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb

Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, görərik ki, ölkəmizin iqtisadiyyatının 71 faizindən çoxu, yəni 71,5 faizi qeyri-neft sektorudur. Deməli, neft-qaz sektoruna düşən pay 30 faizdən azdır.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, son 20 ildə həyata keçirilən siyasət iqtisadiyyatın strukturunun müsbətə doğru dəyişməsinə imkan verib.

“20 il əvvəlki dövrə nəzər salsaq, bu rəqəm 45 faizə çatmırdı, 43,5-43,6 faiz civarında idi. Bu, keçdiyimiz yolu göstərir. Onu göstərir ki, həyata keçirilən siyasət uğurludur. Baxmayaraq ki, qeyd etdiyim bu 20 illikdə, – yəqin xatırlayırsınız, – ölkədə kifayət qədər böyük və bizim müasir iqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb. Bütün bunlara baxmayaraq, ölkə iqtisadiyyatının strukturunun dəyişdirilməsi müəyyən mənada baş verib”, - deyə o bildirib.

Global Art

Daha çox