Global Art
XəBəRLəR

Azərbaycan mətbəxi Parisdə: Milli yeməklər beynəlxalq tədbirdə rəğbət qazanıb

Azərbaycan mətbəxi Parisdə: Milli yeməklər beynəlxalq tədbirdə rəğbət qazanıb

Fransanın paytaxtı Parisin məşhur Konkord meydanında 10-cu Beynəlxalq Qastronomiya şəhərciyinin açılışı olub. Şəhərcikdə Azərbaycanın mətbəxi və qədim kulinariya ənənələri də nümayiş etdirilir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi və “Azərbaycanın Dostları” Assosiasiyasının təşkilatçılığı ilə qurulan milli pavilyon ziyarətçilərin böyük marağına səbəb olur və rəğbətlə qarşılanır.

Milli adət-ənənələrə uyğun bəzədilən pavilyonda Azərbaycan mətbəxinin seçilən nümunələri – plov, dolma, müxtəlif turşular, şəkərbura, paxlava, badambura, mürəbbələr, çay və digər məhsullar təqdim edilir. Həmçinin milli geyimlər, musiqi və rəqs nümunələri nümayiş olunur.

Qeyd edək ki, ötən il 54 mindən çox ziyarətçini və 63 ölkəni bir araya gətirən tədbirdə bu il 80-dən çox ölkə öz mətbəxini təqdim edir.

Tədbir məşhur aşpaz Alen Dükassın himayəsi altında keçirilir və sentyabrın 13-dək davam edəcək.

Daha çox