Global Art
XəBəRLəR

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının növbəti yaz sessiyasında iştirak edir

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının növbəti yaz sessiyasında iştirak edir

Litvanın paytaxtı Vilnüs şəhərində NATO Parlament Assambleyasının (PA) növbəti yaz sessiyası keçirilir. Sessiyada NATO-ya üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndə heyətləri iştirak edirlər.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sessiya çərçivəsində kollektiv müdafiə və trans-Atlantik təhlükəsizlik, enerji təhlükəsizliyi, kritik sualtı infrastrukturun mühafizəsi, NATO-nun müdafiə innovasiyalarının sürətləndirilməsi, artan müdafiə xərclərinin iqtisadi nəticələri və maliyyə öhdəliklərinin bölüşdürülməsi, müttəfiqlərin dayanıqlığının gücləndirilməsi, terrorçuluqla mübarizə, hibrid təhdidlərə qarşı davamlılıq, NATO-nun gələcək qüvvələrinin formalaşdırılması və maliyyələşdirilməsi, dəniz dibi və kosmik fəzada müdafiə, kritik xammal materiallarının müdafiəyə təsiri, NATO-nun regional strateji maraqları, müdafiə texnologiyalarının inkişafı, Ukraynanın müharibə dövründə müdafiə təchizatı və digər mövzular ətrafında müzakirələr aparılır.

Tədbirdə Milli Məclisin NATO PA-dakı nümayəndə heyəti və Azərbaycanın NATO yanında Nümayəndəliyi iştirak edir.

Global Art

Daha çox