Global Art
XəBəRLəR

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

İyunun 10-da Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Avstriya Respublikasının Federal Xarici İşlər və Avropa Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Avstriya nümayəndə heyətinə isə Konsulluq məsələləri üzrə baş direktorun müavini Rene Amri rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Avstriya Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib, habelə baxılmaqda olan bir sıra sənəd layihələrinə dair ətraflı müzakirələr aparılıb.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparılıb, o cümlədən Azərbaycan və Avstriya arasında hüquqi yardım, təhsil, miqrasiya, əmək və digər sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində təkliflər barədə fikir mübadiləsi aparılıb.

Global Art

Daha çox