Global Art
XəBəRLəR

Azərbaycan və BMT SPECA üzrə əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparıb

Azərbaycan və BMT SPECA üzrə əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparıb

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasinlə görüşüb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan və BMT, eləcə də komissiya arasında əməkdaşlığın dayanıqlı inkişafın təşviqində əhəmiyyəti vurğulanıb. UNECE-nin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində praktiki tərəfdaşlığın inkişafına verdiyi dəstək qeyd olunub.

Tərəflər SPECA üzrə əməkdaşlığın gücləndirilməsi və bu istiqamətdə növbəti addımlar, SPECA Çoxtərəfli Etimad Fondunun fəaliyyəti, fondun donor bazasının genişləndirilməsi və əlavə maliyyə resurslarının səfərbər edilməsi imkanlarını müzakirə ediblər.

Daha çox