Global Art
XəBəRLəR

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirinin müavini Edvard Avansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə humanitar minatəmizləmə sahəsində qarşılıqlı əməkdaşlıq və bu əməkdaşlığın gücləndirilməsi, eləcə də minatəmizləmə sahəsində mövcud prioritetlər və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Global Art

Daha çox