Global Art
XəBəRLəR

Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir

Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Çin Xalq Respublikasının Sian Şiyou Universitetinin nümayəndə heyəti ilə görüşüb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı tərəflər arasında cari əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub.

Sian Şiyou Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, tələbə və elmi-akademik heyətin qarşılıqlı mübadiləsi, eləcə də birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Global Art

Daha çox