Ankarada Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsi (YTB) arasında diaspor sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin müsəlman diasporlarının I Forumu çərçivəsində imzalanıb.
Sənədi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və YTB-nin rəhbəri Abdulhadi Turus imzalayıblar.
F.Muradov Azərbaycanın Türkiyə ilə əlaqələrin dərinləşdirilməsinə sadiqliyini vurğulayıb, iki qardaş ölkə arasında əməkdaşlığın dərinləşdirilməsində YTB-nin rolunu yüksək qiymətləndirib.
A.Turus isə Azərbaycanla dostluğun daha da möhkəmləndirilməsi işinə töhfə verməyə hazır olduqlarını bildirib.