Global Art
XəBəRLəR

Azərbaycan və Türkmənistan arasında viza rejimlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb

Azərbaycan və Türkmənistan arasında viza rejimlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb

Sentyabrın 2-də Aşqabad şəhərində Azərbaycanın və Türkmənistanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri iki ölkə vətəndaşlarının hüquq və maraqlarının qorunması, o cümlədən tətbiq olunan viza rejimlərinin sadələşdirilməsi barədə müzakirələr aparıblar.

İki ölkə arasında daxili işlər, vətəndaşlıq, miqrasiya, ədliyyə, təhsil və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb və məsləhətləşmələrin sonrakı iclasının növbəti ildə Bakı şəhərində keçirilməsi barədə razılığa gəlinib.

Daha çox