Global Art
XəBəRLəR

Azərbaycanda mis konsentratı istehsalı 5 dəfədən çox artıb

Azərbaycanda mis konsentratı istehsalı 5 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mis konsentratı istehsalı 14 min 494,8 ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 min 728,2 ton və ya 5,2 dəfə çoxdur.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı illik müqayisədə 1335,5 ton və ya 7,7 dəfə artaraq 1536,2 ton olub.

Qeyd edək ki, 2025-ci ilin hesabat dövründə mis konsentratı istehsalı 2766,6 ton, hazır məhsul ehtiyatı isə 200,7 ton təşkil edib.

Daha çox