2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 105,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 dəfə çoxdur.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı illik müqayisədə 5,4 faiz azalaraq 5,3 min kvadratmetr təşkil edib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu ilin səkkiz ayında Azərbaycandan xarici bazarlara 243,22 min dollar dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.